Advertisement X
  
ALTAY BAYRAMLI
Ən son yenilənmə: 11/02/2010

Səhifələr: [1]

Zəhləm gedir yatmaqdan...

Ay camaat, bu yatmaq məsələsini ilk dəfə kim kəşf edib görəsən?

Mən anadan olandan yatmaqla aram yoxdur. Amma atamla anam məni zorla uzandırılar ki, bəs uşaq gündə 15 saat yatmalıdır. Qardaş zornandı? Yatmıram, qurtardı getdi! Bunlar məni yatızdırırlar ki, guya kompüterdə bir az işləsinlər. Mən də özümü yuxuluğa vururam. Sonra da gedib xəlvətcə televizoru açıb səsini aşağı qoyuram və kinoya baxıram.

Bölmə: Xoşladığım
Yazar: Altay Bayramlı 04:02 11/02/10 Oxunub: 24 Şərhlər Şərhlər (0)  
Yuxuda Nə Görsəm Yaxşıdır?

Parkda elədiyim hegemonluğa görə məhkəmə mənə 300 manat cərimə kəsdi

Günlərin bir günü nəm-nəm yeyib yatmışdım. Birdən yuxuda gördüm ki, parkda minməkdən xarab elədiyim maşınların yiyəsi məni məhkəməyə verib. Məhkəmədə də deyir ki, bu adam bir maşına mindimi saatlarda düşmür, hələ düşəndə də maşını qol-budaq eləyir, ona görə də zəhmət çəkib pulunu ödəsin.

Bölmə: Özəl Olaylar
Yazar: Altay Bayramlı 03:48 09/12/09 Oxunub: 115 Şərhlər Şərhlər (1)  

Ay camaat, görün mən düz deyirəm, yoxsa yox

Günlərin bir günü, gördüm anam atamın paltarlarını ütüləmək istəyir. Elə hey deyinir ki, bu ütü yaxşı işləmir, suyu vurmur nə bilim nə etmir. Necə hirsləndimsə, gedib ütünü aldım anamın əlindən başladım təmir etməyə. Düzəldəndən sonra da atamın paltarlarını ütüləyib qoydum yerinə. Sən demə bunlar həmin prosesi videokamera ilə çəkiblər və göndəriblər "Space" Tv-nin "Dubl-Bom"verilişinə...

Bölmə: Uşaq Tərbiyəsi
Yazar: Altay Bayramlı 10:54 30/08/09 Oxunub: 585 Şərhlər Şərhlər (0)  

Həə, əziz dostlar ay dolandı, il keçdi, günlərin biri günü yuxudan ayılıb gördüm ki, 1 yaşım tamam olub

Xalalar, bibilər, nənələr, əmilər, dayılar gəliblər başımı xarab eləyirlər ki, bu tortu kəs biz də yeyək. Onda mən hələ balacaydım, tort yeyə bilmirdim. Nə isə, bunlar özləri üçün yedilər-içdilər adı da oldu ki, mənim ad günümü qeyd edirlər...

Bölmə: İlklərim
Yazar: Altay Bayramlı 10:37 30/08/09 Oxunub: 561 Şərhlər Şərhlər (0)  

Baxın görün məndən pianoçu çıxar, yoxsa havayı əziyyətçəkməyim?< /p>

Hələlik, mini pianoda çalmağı öyrənirəm. Bu yaxınlarda evdə yüngülvari konsert verdim. Amma nədənsə tamaşaçılar gəlməmişdi. Elə atamla anam idi, bir də jurnalistlər. Nə isə, nə başınızı ağrıdım konsert yaxşı keçdi. Amma qərara gəmişəm ki, daha ictimaiyyət qarşısında konsert verməyim. Həm də atamla anamın dediyinə görə, onların baş-beynini aparıram. Gərək bundan sonra onlar yatandan sonra çalım...

Bölmə: İlklərim
Yazar: Altay Bayramlı 07:43 17/07/09 Oxunub: 1416 Şərhlər Şərhlər (1)  
Bu Planet Nə Yaman Qorxulu İmiş...

İcazənizlə, sizə başıma gəlmiş bir qorxulu əhvalatı danışmaq istəyirəm

Günlərin bir günündə- onda hələ 1 yaşım var idi- gördüm otaqda təkəm. Tez başladım kompüteri açıb qurdalamağa. Öz videolarıma baxmaq istəyirdim. Birdən ekranda dəhşətli bir video gəldi, atasının kompüterini sındıran uşaqların döyülməsi ilə bağlı videorolik idi. Elə qorxdum ki, az qaldı özümdən gedim. Tez kompüteri söndürüb getdim kitab oxumağa,

Bölmə: Özəl Olaylar
Yazar: Altay Bayramlı 09:02 08/07/09 Oxunub: 1491 Şərhlər Şərhlər (0)  
Bunlar Heç Uşaq Tərbiyəsindən Bir Şey Anlamırlar

Bir az səs-küy salan kimi məni tutub əl-qolumu bağlayırlar. Görün məni nə kökə salıblar??! Acıqnan mən də gecə bunları yatmağa qoymadım. O ki var qışqırdım. İndi ağılları başına gəlib, mənə kompüteri qurdalamağa icazə verirlər, parka gəzməyə aparırlar, yeni oyuncaqlar alıblar.

Bölmə: Uşaq Tərbiyəsi
Yazar: Altay Bayramlı 04:10 03/07/09 Oxunub: 1506 Şərhlər Şərhlər (0)  
Mən Gözələm Elə ?...

Atamla anamın dediyinə görə, guya mən meymuna oxşayıram !

Özünüz baxın, görün mənim meymuna oxşarlığım varmı? Hər gün güzgüdə özümə baxıram. Görürəm ki, getdikcə gözəlləşirəm. Parka gəzməyə gedəndə bütün qızlar mənə baxırlar. Özüm də ağıllı oğlanam. Bunların dediyinə görə, mənə qız verməyəcəklər. O nə deməkdir? Verməzlər, mən götürüb qaçaram!...

Bölmə: Xoşladığım
Yazar: Altay Bayramlı 10:32 25/06/09 Oxunub: 1461 Şərhlər Şərhlər (0)  
Ata-Anamı Çərlətmək Üçün Nələr Edirəm ?...

Bu hələlik sirrdir, çünki başqa uşaqlar da bu metodlardan istifadə edə bilərlər. Ona görə də, bu barədə ətraflı informasiya almaq istəyənlər e-maillə müraciət etsinlər. 16 yaşdan aşağı şəxslərə olmaz!

Bölmə: Metapersona
Yazar: Altay 07:40 23/06/09 Oxunub: 1414 Şərhlər Şərhlər (0)  
Planetə Gəldim ki...

Bəşəriyyətə özümü təqdim edim. Çünki, ata-anamın dediyinə görə, dünya tarixi hələ mən sifətdə uşaq görməyib. Guya mən.. nə isə... Beləliklə, ekranlarınızda şəxsən mən özüməm!

Bölmə: Metapersona
Yazar: Altay 07:08 23/06/09 Oxunub: 1378 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
ADMİN MƏMMƏDOV KAMALADMİN MƏMMƏDO Məftun ƏNVƏROĞLUMəftun ƏNVƏRO FaiqFaiq AZADAZAD Www.LIKE.aZWww.LIKE.aZ RovshenRovshen NurlanANurlanA vusalvusal AliAli ARANARAN AliAli Dost MemmedDost Memmed və 396 Qonaq